Azərbaycandakı əsirlərin siyahısı… – Arutyunyan

0
361

Ermənistan rəhbərliyi Azərbaycanda əsirlikdə olan 62 nəfərin siyahısını Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) verib.

Bu barədə Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan əsirlikdə olanların qohumları ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, onların qayıtmaları üçün hər şey edilir.

“62 nəfərin adı BQXK-ya, şəxsi işləri isə Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Məsələ Qarabağdakı rus sülhməramlı kontingentinin komandanlığının da diqqətindədir”, – Arutyunyan bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycanda əsirlikdə olan 44 erməni hərbçisi ölkələrinə göndərilib.