Azərbaycanda uşaqlara hansı müavinətlər verilir?

0
1865

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) uşaqlarla bağlı sosial ödənişlərə dair statistikanı açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, sosial müavinətlər 611 min şəxsi əhatə edir və bu ödənişlər üçün illik 650 milyon manat xərclənir.

Sosial təminat sistemi əhatə etdiyi əhali qruplarından biri də qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlardır.

Hazırda:

18 yaşadək əlilliyi olan şəxslər- 50 min uşaq,

Ailə başçısını itirmiş uşaqlar –  166 min uşaq,

Aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar – 160 min uşaq,

İşləyən valideynlər – 3 yaşadək uşaqlara qulluğa görə – 35 min uşaq,

Uşağın anadan olmasına görə birdəfəlik müavinət – 120 min uşaq,

Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. – 30 min uşaq,

18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları – 50 min şəxs üzrə sosial ödənişlər həyata keçirilir.

Aparılan siyasətin əsas məqsədi sosial müdafiə sistemində ünvanlılığın təmin edilməsi, sosial ödənişlərin bu təminata ehtiyac duyan həssas qruplara yönəldilməsidir.