Bir çox aparıcı dövlətlərdə məşhur olan uşaqlar üçün həyat sığortası bəs, görəsən, Azərbaycanda mövcuddur? Bu sığorta məhsulu ölkələrə və şirkətlərə görə fərqli adlandırılıb, fərqli təminatlar təklif edir.
Avropa və Amerikada sığorta şirkətləri tez-tez insanların statistik həyat dəyərinə görə hesablama aparırlar. Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir. Statistikalar xərçəngin ümumilikdə artım tendensiyasını göstərir. Bu səbəbdən uşaqların vaxtında müayinəsi və erkən diaqnoz qoyulması çox vacibdir. Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir.
İnkişaf etmiş və inkişafda olan bir çox ölkələrdə ailələrin prioriteti uşaqların həyatı ilə bağlı olur. İlk növbədə ailədəki azyaşlıların həyatı sığorta olunur. Bəs bu proses Azərbaycanda necədir? Uşaqlarımızın həyatını sığorta edə bilirikmi?
Bəli, ölkəmizdə uşaqlar üçün həyat sığortası mövcuddur. Bu sığorta növü ilə uşaqları bir sıra kritik xəstəliklərdən sığortalamaq mümkündür. Buna misal olaraq, xərçəng, böyrək çatışmazlığı, iflic, əsas orqanların transplantasiyasını qeyd etmək olar. Bu sığorta növü 1-18 yaşlı uşaqlara şamil olunur.
Valideynin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca yüksəkdir. Cəmi 30 AZN ödəməklə, övladınızın sağlamlığını 3 il müddətinə 15 000 AZN təminatla sığortalaya bilərsiniz. Bununla yanaşı, xəstəliklərin müalicəsi məqsədilə ödənilmiş məbləğin istifadəsi isə valideynin tam ixtiyarına verilir.