Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb

0
316

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb və nəticədə atəş açılıb. S.Əliyev hadisə zamanı xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.