Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

0
229

Noyabrın 11-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ölkə ərazisinə düşən yağıntının miqdarı, Qəbələdə 17 mm, Əyriçay-Başdaşağıl (Oğuz) 15 mm, Sarıbaşda (Qax) 12 mm, Kişçayda (Şəki) 11 mm, Qusarda 10 mm, Gədəbəydə 9 mm, Kürdəmir, Oğuz, Şəkidə 7 mm, Quba, Qrızda 6 mm, Daşkəsən, İmişlidə 5 mm, Şahdağ, Lerik, Beyləqan, Xaltanda 3 mm, Göygöl, Ağdam, Qobustan, Zaqatalada 2 mm, Naftalan, Şəmkir, Altıağac, Göyçay, Sabirabad, Cəfərxan, Şabran, Balakəndə 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyünə gəlincə, Qusarda 9 sm, Qrızda 8 sm, Sarıbaş (Qax), Xınalıqda 3 sm, Şahdağda 2 sm, Xaltanda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Salyan, Tərtər, Bərdə, Ağdam, Ağstafada 20 m/s, Altıağac, Astara, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Ordubad, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 33 m/s, Çilov adasında 31 m/s, Pirallahıda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Binədə 28 m/s, Sumqayıtda 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6,7 metrə çatmışdır.

Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, aran rayonlarında 7-10 dərəcə isti, dağlıq rayonlarda 2-8 dərəcə şaxta, Naxçıvan MR-da 1-7 dərəcə isti olub.

Qeyd edək ki, noyabrın 12-si gündüz, 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.