Azərbaycanda koronavirusdan daha beş nəfər vəfat etdi – 228 sağalma

0
337

Azərbaycanda koronavirusa yoluxduğu aşkarlanmış 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər isə vəfat edib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343.391 test aparılıb.