Azərbaycanda karantin rejimini pozan yüksək vəzifəli şəxs işdən çıxarıldı

0
351

Bərdə Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi işdən çıxarılıb.

Oxu.Az xəbər verir ki, baş həkim Hüseynov Həsən Fərman oğlu bu gün tutduğu vəzifədən azad edilib.

H.Hüseynovun yerinə hələlik təyinat olmayıb.

Faktı TƏBİB-dən  təsdiq ediblər.

Qeyd edək ki, onun işdən çıxarılmasına karantin qaydalarına əməl etməməsi, eləcə də, Diaqnostika Mərkəzində bir neçə işçinin koronavirusa yoluxması səbəb olub.