Nazirlər Kabineti yanında operativ qərargah daha üç növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədov məlumat verib.
O bildirib ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb:
“Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq operativ qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib”.
Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını sözlərinə əlavə edib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib.