Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.