Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 2284 yeni yoluxma – FOTO

0
318

Azərbaycanda koronavirusa (COVID-19) 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 41 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 56384 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 15221, hazırkı dövrədək isə 2088358 test aparılıb.

Ümumi ölənlərin sayı 2294 nəfərdir.

Ümumi yoluxanların sayı 205877 nəfər, ümumi sağalanların sayı 147199 nəfərdir.