Azərbaycanda daha 17 nəfər koronavirusdan öldü: 176 yeni yoluxma – FOTO

0
364

Azərbaycanda koronavirusa (COVID-19) 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 17 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 12379 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 4086, hazırkı dövrədək isə 2272009 test aparılıb.

Ümumi ölənlərin sayı 2926 nəfərdir.

Ümumi yoluxanların sayı 224827 nəfər, ümumi sağalanların sayı 209522 nəfərdir.