Azərbaycanda dizel bahalaşandan sonra dizel mühərrikli minik avtomobillərinə maraq azalıb. Bu səbəbdən dizelin qiymətinin aşağı düşməsi insanları maraqlandıran suallardan biridir.
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, dünya standartlarına baxanda benzinlə dizelin arasında qiymət fərqinin çox olmadığı görünür.
O qeyd edib ki, kənd təsərrüfatı sahəsində işlənən texnikalarının əksəriyyəti dizellə çalışır.
“Buna görə dövlət müəyyən güzəştlər edir. Ancaq hazırda dizelin ucuzlaşması, çox güman ki, gözlənilmir. Hansısa hallarda qiymət məsələsinə baxıla bilər, ancaq son nəticə olaraq qiymətin düşməsini gözləmirəm. Düzdür, başqa alətlər var ki, ayrı-ayrı sahələrdə dövlət yardım göstərir, bu istiqamətdə də öz dəstəyini verir. Bundan başqa, ölkəmizdə neft emalı zavodu tikilir. Bu səbəbdən də indiki durumda bu haqda danışmaq olmaz”, – deyə o bildirib.