Azərbaycanda gündəlik yoluxanlar 4000-dən, ölənlərin sayı 40-dan çoxdur. Qeyd edək ki, dekabrın 14-dən yanvarın 18-dək bir neçə şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Yoluxanların sayında azalmalar müşahidə olunmasa daha sərt tədbirlərin görüləcəyi iddia edilir. Yəni aprel-may aylarındakı kimi insanların 4 gün çölə çıxmasına qadağa qoyulacağı iddia edilir.
Bununla bağlı Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, tətbiq edilən sərtləşmənin nəticəsini biz 2 həftə sonra görə biləcəyik:
“Əgər həmin dövrdə yoluxanların və ölənlərin sayında azalma olmazsa insanların bir neçə gün çölə çıxmasına qadağa qoyula bilər. Bunun olmasını istəmiriksə, mütləq karantin qaydalarına əməl etməliyik. Burada əsas maskadan düzgün istifadə və sosial məsafəni qorumaqdır. Əvvəl 65 yaşdan yuxarı insanlar üçün qorxulu idisə, bu gün hər yaşdan olan insanlar xüsusilə gənclər bu xəstəlikdən dünyasını dəyişir. Ona görə də qaydalara əməl edərək həm özümüzü, həm də yaxınlarımızı qorumalıyıq”.