Azərbaycanda 117 üçəm, 4 dördəm doğulub

0
336

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.