Azərbaycana maliyyə və texniki dəstək göstəriləcək

0
11

Avropa Komissiyasının yeni yaradılmış Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğu (DG ENEST) Aİ-nin genişlənmə və Şərq tərəfdaşlığı ölkələrinə, o cümlədən Azərbaycana maliyyə və texniki yardımının böyük hissəsini idarə edəcək.

Bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

“Regional əməkdaşlıq və regional təşəbbüslər, o cümlədən namizəd ölkələrin İttifaqa üzvlük istiqamətində görülən işə müvafiq olaraq tədricən inteqrasiyası DG ENEST-in digər mühüm vəzifəsidir. Baş Direktorluq Aİ-nin genişlənmə, eləcə də Ermənistan, Azərbaycan və Belarus kimi Şərq qonşuluğu ölkələrinə maliyyə və texniki yardımının böyük hissəsini idarə edəcək”, – deyə məlumatda qeyd olunub.