Azərbaycan xüsusi təyinatlıları Şuşaya necə daxil oldu?..

0
502

“Bu, müharibənin bütün dövründə ən uğurlu və ən cəsarətli bir əməliyyat idi…”

“Şuşa üzərində tam nəzarət noyabrın 7-i  axşam saatlarında əldə edilib”.
Bu barədə “Turan” informasiya agentliyinə vəziyyətlə tanış olan hərbi mənbə danışıb.
“Şənbə günü səhər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri şəhərə üç tərəfdən daxil olub. Bu, müharibənin bütün dövründə ən uğurlu və ən cəsarətli bir əməliyyat idi. Onun sözlərinə görə, küçə döyüşləri dərhal başlayıb və artıq günün ikinci yarısında düşmənin müqaviməti   qırılıb. Bundan sonra binaların və düşmənin gizləndiyi mümkün yerlərin təmizlənməsi aparılıb. Axşam saatlarında son müqavimət nöqtələri yatırdılıb  və səhərə qədər şəhərdə aktiv döyüşlərın olmadığı bildirilir.
Noyabrın 8-i səhərdən etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əldə etdikləri müvəffəqiyyətə əsaslanaraq Şuşanın xaricində bir neçə istiqamətdə hücumlarını davam etdiriblər…”