Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

0
336

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İsveçrəyə səfər edəcəyi gözlənillir.

Səfər 29 oktyabr tarixinə planlaşdırılıb.

C.Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Görüşün mövzusu Dağlıq Qarabağ münaqişəsidir.

ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb. Bəyanata görə, həmsədrlər və xarici işlər nazirləri intensiv müzakirələr zamanı təcili humanitar atəşkəsin tətbiq olunmasını, atəşkəsin davamlılığı üçün mümkün parametrləri və 10 oktyabrda danışılmış humanitar atəşkəslə bağlı sənədin elementlərini müzakirə edəcəklər.