
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ərazisində baş verən zəlzələyə görə Yunanıstana dəstəyini nümayiş etdirib.
“Yunanıstanın mərkəzi hissəsində baş verən güclü zəlzələ ilə bağlı olaraq Yunanıstan Respublikasına həmrəyliyimizi bildiririk”, – deyə nazirliyin “Twitter” hesabında qeyd edilir.
Yunanıstan XİN göstərdiyi həmrəyliyə görə Azərbaycana minnətdarlıq ünvanlayıb.