Azərbaycan vətəndaşlarına koronavirusla bağlı XOŞ XƏBƏR – FOTO

0
482

Əvvəl gündəlik test sayımız 200-300 arası idi. Həmin o testlərdən aşkrlanan pozitivlərin sayı haradasa 4,5% civarında idi. Amma bizim indi testlərimizin sayı qalxıb 5 min civarına. Hansı ki, biz gündəlik 5 min insandan bu COVİD-19-la bağlı test həyata keçiririk. Amma pozitivlərin aşkarlanması təqribi 1% ətrafında fırlanır.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahda brifinqində deyib.

Dövlət Agentliyinin rəsmisi “Bunu demək istərdim ki, testlərin sayı artdıqca da biz müşahidə edirik ki, yoluxma dərəcəsi o qədər də artmayıbdır” bildirib.