Azərbaycan peyk operatoru ABŞ-a neçə milyon dollarlıq xidmət satıb? – FOTO

0
407

2021-ci ilin yanvar-dekabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 45,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında məlumat verilib. 

Bildirilib ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2021-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 28 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 11,4 milyon ABŞ dolları ilə Fransa, 10,4 milyon ABŞ dolları ilə ABŞ, 9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6,9 milyon ABŞ dolları ilə Malayziya və 1,9 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.