Azərbaycan koronavirusla bağlı yeni test dəstləri alır

0
301

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “ROCHE COBAS 6800 tam avtomat real-time PZR analizatoru” üçün yeni test dəstləri alır. 

Bu barədə  cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Belə ki, Agentlik “ROCHE COBAS 6800 tam avtomat Real Time PZR analizatoru”nda istifadə olunan test dəstləri (amplifikasiya, ekstraksiya və istifadə ediləcək ləvazimatlar daxil) satın alır.

Bildirilib ki, test dəstləri dedikdə yaxma PZR testləri nəzərdə tutulmur:

“ROCHE COBAS 6800 tam avtomat real-time PZR analizatoru” üçün nəzərdə tutulan test dəstləri Azərbaycanda koronavirus pandemiyası mövcud olan dövrdən istifadə olunur”.