21.12.2024-cü il tarixində, yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.
Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə quruma məlumat daxil olmayıb.
Azərbaycan-Ermənistan sərhədində 5 bala yaxın zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunu məlumat verir.
Məlumata görə, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
Daha sonra eyni bölgədə 3 və 3,8 maqnitudalı daha iki zəlzələ baş verib.