Azərbaycan diplomatları arasında koronavirusa yoluxan var? – RƏSMİ AÇIQLAMA

0
373

Xaricdə olan diplomatlar arasında koronavirusa yoluxma halı yoxdur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, onların ailələri arasında da COVID-19-a yoluxma halları qeydə alınmayıb:

“Bu günə qədər xaricdəki diplomatlarımız və ailə üzvləri ölkəyə geri qayıtmayıb. Bunun əsas səbəblərindən biri diplomatların və ailə üzvlərinin çalışdıqları ölkələrdə karantin rejiminə riayət etmələri olub”.

O qeyd edib ki, Azərbaycanda olan xarici diplomatlar arasında da koronavirusa yoluxanlar yoxdur.