Əliqanlı qatil Zori Balayanın döyüşlərdə iştirak edən oğlu məktəbləri hərbi hissə kimi istifadə etdiklərin etiraf edib. O, həmçinin, azərbaycanlı hərbçilərin dağ əməliyyatına yaxşı hazırlaşdıqlarını deyib.
“Bizim kəşfiyyat taboruna daxil olan qrupumuzda 27 nəfər var idi. Onlardan dördü öldü, 12-si yaralandı”.
Bunu Rusiyanın “Moskovski Komsomolets” qəzetinə Zori Balayanın döyüşlərdə iştirak edən oğlu Hayk Balayan deyib.
Hayk Balayan cərrah olduğunu, müharibənin ilk günlərində isə silaha əl ataraq, cəbhədə hərbi xidmətdə olan 18 yaşlı oğlunun yanına getdiyini bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsinin miqyası tam fərqli olub:
“1991-1993-cü illərdə, 15-16 yaşımda atamla dəfələrlə ön xətdə olmuşam. Ancaq bu dəfə tamam başqa müharibə idi. Bu, nə 90-cı illərin əvvəlində, nə də 2016-cı ildəki müharibəyə bənzəyirdi.
Yəqin ki, bu, rəqibin üstünlüyü ilə fərqlənirdi. Onların artilleriyası saatlarla bizim mövqeləri vura bilirdi. Şimalda bizim post dayanmadan səkkiz-doqquz saat artilleriya atəşinə tutulurdu. Müxtəlif çaplı silahlardan atəş açırdılar. 60 millimetrlik minaatan vurarkən Tanrıya şükr edirdik. “Qrad”lar yaxınlığı vururdu.
Hələ təyyarə və pilotsuz uçan aparatları demirəm. Bəzi hallarda düşmən postumuza hücum edirdi, yaxın döyüş yaşanırdı… Bəzən elə olurdu ki, eyni postu bütün növ artilleriyadan doqquz saat ard-arda atəşə tuturdular”.
Hayk Balayan müharibə zamanı mülki obyektlərin hərbi hissə kimi istifadə olunduğunu da etiraf edib:
“Qırmızı Bazarda azərbaycanlılar məktəbi dayanmadan bombalayırdı. Əlbəttə, bizim orada hərbi hissəmiz var idi, o vaxt bütün məktəbləri hərbi hissəyə çevirmişdik”.
O, azərbaycanlı hərbçilərin dağ əməliyyatına yaxşı hazırlaşdığını da vurğulayıb:
“Hadrut yüksəkliklərində olmuşam, hər şeyi görmüşəm. Azərbaycanlıların o yüksəklikləri necə götürə bildiyini isə anlamıram. Mən hərbi mütəxəssis deyiləm. Yəqin ki, azərbaycanlılar bu cür dağ əməliyyatlarına hazırlıqlı idi. Çünki Şuşa alınarkən bizim artilleriyamızın yaxşı işləməsinə baxmayaraq, onlar yenə də şəhərə daxil ola bildilər”.
Daha ətraflı videosüjetdə: