Aygün Attar: “UNESCO ermənilərin Qarabağdakı vəhşiliklərinə göz yumub”

0
169

“UNESCO ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vəhşiliklərə göz yumub”.

Bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar Bakıda “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

“Azərbaycanın işğal olunmuş ərazilərində 30 il ərzində cinayətlər törədən Ermənistana qarşı UNESCO hansı tədbirlər görüb? Biz özümüzə bu sualı verməliyik”, – o bildirib.

A.Attar Ermənistanın Qarabağda mədəni irsi məhv etdiyini, bir milyona yaxın insanın ev-eşiyini itirərək məcburi köçkünə çevrildiyini vurğulayıb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri bir vaxtlar regionun ticarət mərkəzi olan Ağdamın Ermənistanın törətdiyi vəhşiliklər nəticəsində xarabalığa çevrildiyini nəzərə çatdırıb:

“İndi bu ərazi Xirosimaya bənzəyir. UNESCO buna nə vaxta qədər susacaq?”

Onun sözlərinə görə, müharibə bitib, Azərbaycan qalib gəlib:

“İndi Prezident İlham Əliyevin inamlı siyasəti sayəsində Azərbaycan öz ərazilərini özü bərpa etməklə yanaşı, bir çox ölkələr üçün yeni iqtisadi imkanlar açır”.