Aydınlığa doğru yol…

0
283

Aydınlığa doğru yol hər kəsə nəsib olmur. İlk növbədə aydın fikirə sahib olmalısan, aydınlığı əngəlliyənlərlə mübarizə aparmalısan.
Hər kəsin aydınlığa gedən yolu başqadır. Hər kəsin öz yolunu aydınlaşdırması üçün uzun illərə də ehtiyac ola bilər.
Aydınlıq haqqında fikirlərin çarpazlaşması düşüncə və əməl sahiblərinin fərqli dünyagörüşü və fərqli fəaliyyət dönümü ilə qarşılaşır.
Aydınlığa ehtiyac isə düzgün fikir və əməl sahiblərinin deyil, düzgün həyat sahiblərinin fəaliyyətinə səbəbkardır.
Yaşayan hər bir kəsi bir ayrılıq qane etməsə də aydınlığa və düzgünlüyə sahib olanların yüksəkdə durması həyatımızın xoş keçintisinə əsil səbəbkardır.
Aydınlıq bütün səhv və düzgün əməllərin ortaya çıxmasıdır. Aydınlıq hər bir insanın həyatda görmək istədiyi işıqdır. Aydınlıq qəlblərin arzularının reallığıdır. Aydınlıq xoşbəxtliyin açarıdır.
Gizli, yasaq işlərin ortaya çıxması çox vaxt zaman tələb etsə də son ünvanı aydınlıqdır.
Aydınlığın zirvəsinə gedən yol heç də əziyyətsiz qətt edilmir. Doğruluğun yalanla mübarizəsi artıq insanlığın yaşam simvoluna çevrilmişdir.
Xeyir və şərin mübarizəsi ilə başlayan yaşam dünyamızda bu qarşılığın nə vaxta qədər davam edəcəyi bəlli deyil.
Ancaq fərdi qalibiyyətlər də yox deyil, bu xeyirliyin qalibiyyətləri aydınlığa gedən yolu işıqlandırmaqla yanaşı, xoşbəxt yaşamların carçısı olur.
Sənubər