Avropadan Rusiyaya 14-cü ZƏRBƏ

0
68

Avropa Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

Bu barədə Avropa İttifaqı Şurasına (Aİ) istinadən xəbər verib.

Bildirilir ki, yeni məhdudiyyətlər Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə təsir göstərəcək. Assosiasiya ölkələri yanacaq ala biləcək, lakin təkrar ixrac qadağan olunacaq. Rusiyanın enerji resurslarını daşıyan “kölgə donanmasının” 27 gəmisinə də sanksiya tətbiq edilib.

Yeni sanksiyalar paketinə Rusiyadan 116 fiziki və hüquqi şəxs daxil edilib və Rusiya Federasiyası, Çin, BƏƏ və Türkiyədən olan 61 şirkətə ikili istifadə texnologiyalarının tədarükünü məhdudlaşdırıb.

Bundan əlavə, yeni məhdudiyyətlər siyahısına Qərb şirkətlərinin Rusiyanın cavab tədbirləri nəticəsində dəymiş ziyanın ödənilməsi tələblərini dəstəkləmək üçün müddəalar, “Ukrayna mənşəli olduğuna şübhə yaranan” mədəni və tarixi sərvətlərin satışına, investisiya qoyuluşu və təchizat qadağası daxildir. Sanksiyalar çarter və şəxsi reyslərə də təsir edəcək. Belə ki, Avropa şirkətlərinə rusları daşımaq qadağan olunacaq. Həmçinin Avropa firmalarına Rusiya Federasiyası Mərkəzi Bankının bank mesajlarının ötürülməsi sistemindən istifadə etmək də qadağan ediləcək.