Avropa Şurası sosial şəbəkələrdə nifrəti dayandırmağa çağırıb

0
451

Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyası, sosial şəbəkələrdə və internetdə dözümsüzlük və nifrətin artdığını bildirərək, insan ləyaqətinə hörmətlə yanaşılmasının təmin edilməsi üçün birgə səy göstərməyə çağırış edib.

Bu barədə təşkilatın 25 illiyi münasibətilə təqdim olunan yol xəritəsində qeyd edilmişdir. “Sosial şəbəkələrdə və internetdə dözümsüzlük və nifrətin artımı hiss edilir. Əsasən müsəlmanlar, miqrantlar, qaradərililər, qaraçılar belə halların qurbanına çevrilir”, – deyə komissiya nümayəndələri qeyd etmişdir.

Bundan əlavə, təşkilat üzvləri, belə bir tentensiyanın dövlətlərarası yeni gərginliklərə və silahlı qarşıdurmaya gətirib çıxartdığını bildirmiışdir. Bununla əlaqədar, Aİ-i insan ləyaqətinə hörmətlə yanaşmanı təmin etmək üçün davamlı sıx səy göstərməyə çağırışlar etmişdir. Təşkilat, xüsusən uşaqlar olmaqla, miqrantlar üçün humanitar şəraitin yaradılması, eyni zamanda onların, qəbul edildiyi ölkədə inteqrasiyasının təmin edilməsi üçün effektiv proqramlar hazırlanmalı olduğunu bildirmişdir.