Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

0
201

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında tarixi uğur qazanmış Azərbaycan şahmatçısı Günay Məmmədzadə Vətənə qayıdıb.

şahmatçını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib. İndiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. Birdən-birə iki Azərbaycan təmsilçisinin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğur sayılır.