Atları öldürüb, dirəkdən asan şəxs tutuldu

0
503

Bu yaxınlarda respublikanın cəlbedici turizm bölgələrindən biri kimi tanınan Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsində atların öldürülərək dirəkdən asılması ilə bağlı internet saytlarında və sosial şəbəkələrdə yayılan fotoşəkillərlə əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 258-ci (qanunsuz ov etmə) maddəsi ilə cinayət işi açılıb.
Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətmiş Xoşbulaq qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rafiq Allahyarov saxlanılıb.
Məlum olub ki, cari ilin mart ayında qəsəbə sakini Zabil İbrahimova məxsus atlar canavarlar tərəfindən parçalandıqdan sonra onun həmyerlisi Rafiq Allahyarov adıçəkilən yırtıcı heyvanları cəlb edib məhv etmək məqsədilə ölmüş atların cəsədlərini dirəkdən asıb.