ATƏT PA-nın prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərdən asılıdır”

0
431

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzərində çalışır və biz də bu prosesdə vasitəçilik edirik. Lakin təbii ki, istənilən münaqişənin həlli tərəflərdən asılıdır”.

Bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla keçirdiyi görüşdə bildirib.

O deyib ki, münaqişənin həlli üçün siyasi iradə tələb olunur: “İstər Rusiya-Gürcüstan, istərsə də Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına mane olur. Buna görə də əsas vəzifə bu münaqişələrin həlli üçün mümkün olan hər şeyi etməkdir. Bu istiqamətdə dəstək tələb olunur və ATƏT bu prosesdə fəal iştirak edir”.

Görüşdə həmçinin ATƏT PA və Ermənistan arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.