Astarada nə baş verir: kəndlilərin “qənimi” Rəşad Mədətov kimdir? İNK təqdim edir

0
135

İctimai Nəzarət Koalisiyası bölgələrdən gələn çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq ilin sonuna qədər ölkəmizin iqtisadi rayonlar üzrə planlı səfərlərinə başlanılıb.
İctimai Nəzarət Koalisiyasının sədri, SİMİB rəhbəri, DAMMİB prezidenti, ictimai xadim Rasim Məmmədovun rəhbərliyi altında formalaşdırılmız mobil monitorinq qrupu respublikamızın Cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonda olublar. Müxtəlif tədbir və görüşlərlə yanaşı, vətəndaşların müraciətləri üzrə bir sıra məsələlərin də araşdırılmasına, müvafiq rəsmi qurumların nümayəndələri qarşısında təkliv və şikayətlərlə çıxışlar olub.
İNK Mobil Monitorinq Qrupuna Astaradan, eləcə də rayonun Şiyəkəran və Şahağacı kəndlərinin müxtəlif dövlət qurumlarına etdiyi çoxsaylı şikayətlərə baxmayaraq, Bu kəndlərin paybəlli torpaqlarını qeyri-qanuni yollarla zəbt etmiş Rəşad Mədətov adlı “fermer-sahibkar”, yaxud qoçu iş adamı hələ də “qara” əməllərindən əl çəkmir. Kəndlilərin əkin-biçinə yararlı torpaqlarını zəbt edəndən sonra oralarda yaşayış evləri, ferma və köməkçi binalar tikərək qanunsuzluqlara yol verib. R.Mədətov, “Mən heç kimi saymıram, istədiyimi edərəm!” – bəyan edərək, öz adamları vasitəsilə, hətta müxtəlif iri məmurlarla görüşən şikayətçiləri, kəndliləri şantaj edir, bu kəndlərin sakinlərini dövlətdən narazı salır.
Sanki hansısa gözəgörünməz qüvvə, güman ki, hansısa “şirnikləndirici hörmətlər” sayəsində Rəşad Mədətovun bu qanunsuz əməllərini ört-basdır edir, yüzlərlə kəndlini rəsmi dairələrdən incik və inamsız hala salır.
Astara I və II Qarabağ müharibələri zamanı yüzlərlə şəhid verən rayonlarımızdandır. Onların ailə üzvlərinin, eləcə də minlərlə qazi və veteranları, müharibə əlillərinin bir qismi rayonun bu gərginlik içində qovrulan iki kəndində yaşayır. Bir çox vətəndaşlar məhz belə “işbazların” təzyiqi nəticəsində öz doğma elini atıb, Bakıya üz tutub, Rusiyaya mühacirət edib, ya da İranla sərhədlərin açılmasını gözləyir. Məhz belə hallar xüsusi həssas zona sayılan Astara sakinlərini doğma torpaqlarından didərgin salıb ki, onların da bir qismi gedib Azərbaycanı sevməyən qara qüvvələrin toruna ilişə bilərlər.
Məgər dövlət qurumları bir nəfər təxribatçının cavabını verə bilmirlər ki, yüzlərlə insan Vətənindən ksüb xaricə üz tutur?! Yeri gəlmişkən, illərdir bu problem öz həllini tapmır.
İNK Mobil Monitorinq Qrupuna Astara rayonundakı araşdırmalarını davam etdirir, yaxın vaxtlarda nəticələri ilə geniş ictimaiyyəti tanış edəcəyik…


İctimai Nəzarət Koalisiyasının sədri, SİMİB rəhbəri, DAMMİB prezidenti, ictimai xadim Rasim Məmmədovun rəhbərliyi altında mobil monitorinq qrupu respublikamızın Cənub bölgəsinə səfəri davam edir.
İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti