Aşağı məbləğdə hesablanan PENSİYALAR ARTIRILDI

0
702
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi pensiya təyinatı, xüsusilə təyin olunmuş pensiyaların məbləğlərinin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasının vəziyyətini araşdırır.
Nazirlikdən bildirilib ki, araşdırma nəticəsində əvvəlki illərdə bir çox halda təyin olunmuş pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktları aşkarlanır.

İndiyədək İdarə tərəfindən 300-dən çox şəxsin pensiyası üzrə belə fakt müəyyənləşib və onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması təmin edilib (O cümlədən, ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla, 45 faiz artırılıb).  Eyni zamanda, həmin artımların  qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb