Arzular heç zaman bitmir

0
1695

Çünki insanların bir arzusu yerinə yetməmiş daha bir arzu ortaya çıxır.
Buna görməmişlikmi deyək, həyatın qanunlarımı deyək… çox çətindir…
Əslində, gözütox insanlar az da olsa var.
Onların bu durumu da həyat boyu davam etmir.
Sağlam, maddi imkanı bol insanların arzuları xəstə, imkanı zəif olanların damından heç də aşağı deyil.
Hər hansı durumda olursa olaq ən böyük xoşbəxtlik gözütox olmaqdır.
İnsanların çoxu xoşbəxtliyi maddi imkanda görürlər.
Bədbəxt varlıların olduğu bu dünyada bitməz arzuların olduğu ilə razılaşmalıyıq.
Qocalar, uşaqlar, şikəstlərdən başqa hər birimiz öz arzularımızın ardınca qaçmağımıza baxmayaraq bu imkansız təbəqənin yardımlarımızda istifadə etməsinə xüsusi yer ayırmalıyıq.
Bu fikirlə yaşayan yüzlərlə insanın da arzusu bu yardımlarda öz rolunun olmasıdır.
Bəli, öz problemlərindən qabaq imkansız təbəqənin ehtiyaclarını ödəmək arzusu ilə yaşayanlar varlığımızın sütunudur.
Gəlin, heç bitməyən arzularımızın ağuşunda imkansızlara yardım etmək imkanına malik olmaq da olsun.
Sənubər