Arterial təzyiqi salmağın yolu tapıldı

0
791

Arterial təzyiqi salmağa yuxu kömək edəcək. Belə bir nəticəyə Arizon Universitetinin alimləri gəliblər.

Araşdırmanın nəticələri  “Psychosomatic” elmi jurnalında dərc olunub.

Alimlər bildirirlər ki, doyunca yatmamaq təzyiqin qalxmağına və növbəti gündə də yüksək səviyyədə saxlanılmasına səbəb olur, bu da ürək-damar xəstəliklərinin yaranmağına gətirib çıxarır. Ona görə də mütəxəssislər gündə 6-9 saat yatmağı məsləhət görürlər.

Xroniki yuxu çatışmazlığı hipertoniya xəstəliyi və stressin yaranmağına, eləcə də  insulinin səviyyəsinin azalmağına gətirib çıxara bilər.