Apteklərdə reseptsiz satılan bu dərmanlarla bağlı ŞOK İDDİA: Uşaqların cinsiyyətini dəyişir

0
67

Cinsi kimlik çaşqınlığı yaşayan uşaq və gənclərin apteklərdən reseptsiz ala bildikləri hormon dərmanları ilə cinsiyyətlərini dəyişə bildikləri iddia edilib.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti araşdırma aparıb.

Araşdırmaya əsasən, sözügedən dərmanlarla cinsiyyətini tərk edən və qeyri-qanuni klinikalarda əməliyyatlar keçirənlər 18 yaşına çatdıqda dəyişilmiş bədənləri ilə asanlıqla şəxsiyyətlərini dəyişə bilirlər.

Almaniyada apteklərdə 5 hormon dərmanından 3-nü həkim icazəsi olmadan almaq mümkün deyil. Lakin Türkiyədə son illərdə tələbatı artmış bu dərmanları istənilən zaman əldə etmək mümkündür.

İddia edilir ki, bu tələbdə universitet xəstəxanalarının da böyük payı var. Son 10 ildə Türkiyədə “gender disforiya klinikası” və ya “trans klinika” adlı poliklinikalar da açılıb. Bu klinikalar əsasən İstanbul Çapa, Cerrahpaşa, Hacettepe, Mərmərə və Kocaeli universitetlərinin araşdırma xəstəxanalarında fəaliyyət göstərir.

Klinikalara müraciət edən yüzlərlə uşaq əvvəlcə psixiatr, sonra isə endokrinoloqların nəzarəti altında hormon dərmanları ilə əməliyyat prosesinə hazırlanır.