Aparıcı Nigar Fərhadın efirdəki sözlərinə görə araşdırma başlanıldı

0
17

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.

Bu barədə Audiovizual Şuradan bildirilib.

“Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir”, – deyə qeyd edilib.

Xatırladaq ki, aparıcı Nigar Fərhad efirdə “Oğluma atasız qız almaram” deyib. Onun bu sözləri güclü ictimai qınağa və etiraza səbəb olub. Aparıcı daha sonra video çəkərək üzr istəyib.