Antidepresantlardan uzaqlaşan hər 6 nəfərdən birində bu hallar yaşanır

0
64

Araşdırmalara görə, antidepresantlardan istifadəni dayandıran hər 6 nəfərdən birində baş ağrısı və ürəkbulanma kimi simptomlar yaşanır.

BBC-nin məlumatına görə, Almaniyanın Köln Universitetinin alimləri iştirakçıların antidepresantlar ilə müalicə edildiyi əvvəlki 79 araşdırmanı incələyib. Dərman qəbul etməyi dayandıran 20 mindən çox insanın məlumatları araşdırılıb.

Tədqiqatçılar antidepresantlardan istifadəni dayandıran bəzi şəxslərin baş ağrısı, başgicəllənmə, ürəkbulanma, halsızlıq və yuxusuzluq kimi simptomlar yaşadığını aşkar ediblər. Mütəxəssislər bu cür dərmanların birdən-birə dayandırılmasını yox, tədricən azaldılmasını tövsiyə edir.

Araşdırmanın nəticələri “Lancet Journal of Psychiatry” jurnalında dərc olunub.