Anlamaq yaşamaqdan çətindir

0
1171

İnsanlar arasında anlaşılmazlıqların hər zaman xoşagəlməz sonluqla nəticələnməsi hər kəsə məlumdur. Xoşagəlməz nəticələrin səbəblərini aradan qaldırmaq anlaşlımazlıqları anlaşılan etməklə mümkün olduğu üçün məsələ çox çətindir. Amma mən düşündüyümə görə heç olmasa qismən düzəlməyəcək qədər deyil.
Birinci səbr deyəcəm və əvvəlcədən etirazlara hazıram: “səbr olan yerdə bu kimi xoşagəlməzlik olmaz ki…”. Və bununla da sözümü təsdiq etdiniz.
Bəli, səbrli olmağa can atmalıyıq. Anlatmaq üçün də səbr lazımdır, anlada bilmədiyin üçün də.
“Bacarmıram” deyə uzaqlaşmayaq. Uzaqlaşdığımız mübahisələr, münaqişələr olsun. Nəyi isə bacarmırıqsa, deməli, bunun üçün çalışmırıq. Çalışsaq bacarığımızın nəyə qadir olduğunu görərik.
Bacarığımızın yetdiyi qarşısında olanlar səbr hüdudlarımızı aşırsa, o zaman uzaqlaşmaq…Və qarşındakını anlatmaq istəyi hələ səni tərk etməyibsə, düşünmək və gözləmək lazımdır. Düşünərkən isə digər əsas keyfiyyətlərə ehtiyacımız olacaq:ağıl, xoş niyyət və təcrübə. Yaxın bildiyiniz insan varsa məsləhətləşməkdən çəkinməyin.
Qarşındakının səni anlamasına istəyin müxtəlif səbəbləri ola bilər. Burada səni anlaması istəyini sənə inanması istəyi ilə qarışdırmamalıyıq. İnanması üçün sən öz fikirlərinin və əməllərinin düzgünlüyünə inanmalısan. Və bu başqa bir mövzudur.
Düzgün anlamaq və anlatmaq istəyinə gəlincə onun səbəbləri həyati önəmli olduqda xoşagəlməz nəticələrlə qarşılaşmamaq üçün yalnız anlanılmağı deyil, anlatmağı da düşünək, özü də xoş əməllərimizin köməyi ilə. Bacarmadıqda nəticələrin ağırlığını çəkmək məcburiyyətində qalırıq. Bu məcburiyyətin çəkisi də səbr və ümidlə azala bilər məncə…

Sənubər Qasımova

“İctimaixeber.az”