Anasının məzarından çıxanlar ŞOK ETDİ – Hadisə GƏNCƏDƏ BAŞ VERİB – FOTO

0
521

Gəncədə bir vətəndaşa dünyasını dəyişən anasının məzar daşını düzəltdirmək üçün getdiyi qəbristanlıqda qarşılaşdığı mənzərə həyatının şokunu yaşadıb.

Anasının məzarını əlavə torpaqdan təmizləyib baş daşını düzəltmək istəyən fəhlələr torpağın altından ərəbcə yazılmış kağız parçasına bükülmüş iki qadın şəkili tapıblar. Məlum olub ki, bunu edən naməlum şəxs(lər)in niyyəti şəkildəki qadınları cadu etmək olub.

Məzar sahibi qarşılaşdığı o anları sosial şəbəkədə belə nəql edib:

“Bilənlər bilirki az müddət əvvəl anam vəfat etdi. Adət üzrə anamın 40 mərasiminə kimi məzarı hazırlnır, təmir təmizlik işləri gedirdi. Məzar daşı hazır olub üzərinə yerləşdirilməsi üçün qəbirin əlavə torpağını təmizləyən ustalar məzarın bir neçə sm dərinliyinə basdırılmış bu iki şəkili və duları tapıblar. Eşitmişdim, az çox məlumtım var idi ki, bu cür caduları yeni məzarların torpağı ilə edirlər (inanmasamda). Şəkillərdəki xanımları tanımıram. Bəlkədə yazıqların hansısa ən yaxın qohumu, rəfiqəsi, bəlkədə ailə üzvlərindən biri edib bunu! Amma təəssüf etdiyim ən vacib məqam bunu elətdirənlərin yox, edənlərin olmasıdır. Siz kimsizniz ki, tanrının işinə qarışıb,kiminsə həyatı ilə belə qara əməllərlə oynayırsınız?!

Hadisə Gəncə şəhərində,İmamzadə ziyarətgah məzarlığında, anamın məzarında olub”.