“Allah, Vətən yolunda şəhid olanlar Ulu Tanrının yanında ən yüksək məqamdadırlar”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdən sonra bildirib.
Şeyxülislam vurğulayıb ki, xalqımız İlham Əliyev kimi Prezidenti olduğuna görə Allaha dua edir.
“Həm Birinci Vətən müharibəsi, həm də İkinci Vətən müharibəsi dövründə şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin! Bu gün sünni və şiə məzhəbindən olanlar şəhidlərimizin ruhuna birlikdə dualar edirlər”, – deyə Allahşükür Paşazadə qeyd edib.