Alimlər itlərin nə vaxt insanın ən yaxşı dostuna çevrildiyini müəyyən ediblər

0
18

İnsanlar itləri əhliləşdirməyə əvvəllər düşünüldüyündən daha erkən – təxminən 12 min il əvvəl başlayıblar.

Bunu Arizona Universiteti və ABŞ Kənd Təsərrüfatı Tədqiqatları Administrasiyasının alimləri Alyaskada arxeoloji sahədə tapılan it sümüklərinin təhlilinə əsasən müəyyən ediblər.

Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Feyrbanks şəhərindən (ABŞ) 70 mil (112,6 km – red.) aralıda yerləşən ərazidə arxeoloqlar 12 min il əvvəl, buz dövrünün sonunda yaşamış itə aid sümük tapıblar. Təhlil göstərib ki, onun üzərində qızılbalıq zülallarının izləri qalıb. Bu, itlərin insanların tutduğu balıqları yediyini göstərir, çünki vəhşi itlər onları ovlaya bilməzdi.

Alimlərin fikrincə, o dövrdə itlər artıq insan həyatının vacib hissəsi olub.

Digər bir tapıntı, Deltanın Cankşnın cənubundakı Hollembek Hill qazıntı sahəsindən 8100 illik it çənəsi, onların insanlarla yanaşı və ondan kənarda da yaşadığını təsdiqləyir.

Kəşf itlərin əhliləşdirilməsinin təkamülünü və onların ibtidai insanların həyatındakı rolunu anlamaq üçün çox vacibdir.