Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

0
444
epa04083087 A picture made available 17 February 2014 shows students of the University of Geneva listening to a lecture in Geneva, Switzerland, 18 March 2004. The European Union has halted talks to include Switzerland in multi-billion euro research and education schemes in retaliation of last week's Swiss vote to impose limits on the movement of EU citizens across its borders. Participation in Horizon 2020 and Erasmus+ projects required a commitment to the free movement of people principle as they involve the transfer of researchers and students between states, the European Commission said on 16 February 2014. EPA/MARTIAL TREZZINI

 

“Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat” təsdiq edilib.

Bununla bağlı Təhsil Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Bu təlimat xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) tədris prosesinin təşkilinə dair əlavə tələbləri tənzimləyir.

Təlimatda ali və orta ixtisas təhsili müəssisələrində əyani və qiyabi təhsilalma formalarında tədris prosesinin əyani (ənənəvi) və distant (məsafədən) təşkili məsələlərinə izahat verilib. Sənəddə tədrisin növbəli təşkilinə, əyani və distant dərslərin müddətinə, tələbələrin dərslərdə davamiyyəti məsələsinə və xüsusilə tədrisin distant formada təşkilinə dair məsələlərə aydınlıq gətirilib. Belə ki, təlimata əsasən tədrisin distant təşkili zamanı nəzəri fənlərin tədrisinə üstünlük verilməsi, bu məqsədlə uyğunlaşdırılmış tədris planlarının tətbiq edilməsi nəsərdə tutulur. Təlimatda tədris distant formada təşkil olunan zaman istifadə olunan proqram təminatına dair da tələblər müəyyənləşdirilib.

Qeyd edək ki, Təlimata əsasən tədrisin distant təşkili zamanı cari və aralıq qiymətləndirmənin aparılması qaydası, eləcə də imtahan sessiyasının təşkili və dövlət attestasiyasının keçirilməsi qaydaları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən ediləcək.