Akar: Azərbaycana həddini aşan hücum…

0
623

Ermənistan Türkiyəyə qarşı əsassız “soyqırım” iddialarını, Azərbaycana isə düşmən münasibətini davam etdirir.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Ermənistan Dağlıq Qarabağı işğal altında saxlayır:

“Hazırda da Azərbaycanın Tovuz rayonuna boyunu və həddini aşan hücum gerçəkləşdirib. Azərbaycan bizim canımızdır. Bu iyrənc hücumu ən ağır və şiddətli şəkildə pisləyirik. Can qardaşımız Azərbaycanın yanında olmağa davam edəcəyik”.