Aİ sorğu göndərdi: Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı

0
213

Avropa Parlamentində Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev bildirib ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı mövcud məlumatlar Avropa Xarici Fəaliyyət Xidmətində yoxlanılır.

Bu barədə “Joqovurd” qəzeti yazır.

“Mənim baş verənlərlə bağlı ətraflı məlumatım yoxdur. Mən indicə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrelin ofisində Avropa Xarici Fəaliyyət Xidmətinə sorğu göndərdim və fevral ayından orada yerləşən diplomatik missiyamızın yeri ilə maraqlandım. Ancaq unutmayın ki, bu, mülki missiyadır, onlar silahsızdırlar və atəş aça bilməzlər”, – o əlavə edib