Aİ ABŞ-ın yeni administrasiyasının siyasətini nəzərə alaraq təhlükəsizliyi və Rusiyaya qarşı sanksiyaları öz əlinə alacaq.
Bunu iqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis Brüsseldə bildirib.
O, həmçinin jurnalistlərə açıq şəkildə bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etsə, Aİ nəinki ləğv etməyəcək, həm də yeni sanksiyalar tətbiq etməyə davam edəcək. Dombrovskis əlavə edib ki, hazırda 16-cı sanksiyalar paketi üzərində iş gedir.
Öz növbəsində Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Info” telekanalında bildirib ki, yeni 16-cı sanksiyalar paketi ilk növbədə Rusiyanın enerji resurslarına təsir edəcək.