Agentlikdən Şamaxıda yeni yolun çökməsi ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

0
311

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda baş verən sürüşmə ilə bağlı məlumat yayıb. 

Agentlikdən bildirilib ki, avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.

Qeyd edilib ki, yuyulma yol kənarında baş verdiyi üçün nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyinə və təhlükəsizliyinə hər hansı bir problem yaratmır.

“Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub”, – agentlikdən bildirilib