Ağdamdakı partlayışda həlak olan “Cəsur döyüşçü” medallı əsgər Zeynalov – FOTO

0
415

Xəbər verdiyimiz kimi, ötən gün günorta saatlarında Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində bir əsgərimiz həlak olub, ikisi isə yaralanıb.

Hadisə nəticəsində həlak olan əsgər Zeynalov Qubad İslam oğludur. 

Vətən müharibəsinin iştirakçısı olan Zeynalov döyüşlər zamanı yaralansa da, sonradan yenidən cəbhəyə qayıtmışdı. O, döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdi.

Əslən Hacıqabul rayonundan olan 19 yaşlı Qubad Zeynalov 2019-cu ildə orta məktəbdən məzun olub hərbi xidmətə yollanmışdı.

Qeyd edək ki, sözügedən hadisə zamanı digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.