ADNSU-da akademik Azad Mirzəcanzadəyə həsr olunmuş monoqrafiyanın təqdimatı olub

0
454

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Akademik Azad Mirzəcanzadə – neft elminin fenomeni” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Nəşrin müəllifləri texnika elmləri doktoru, professor Eldar Şahbazov və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun qazma və sement məhlulları laboratoriyasının müdiri, texnika elmləri doktoru Elçin Kazımovdur.

ADNSU-dan  bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova təqdim edilən monoqrafiya haqqında ətraflı məlumat verib.

Çıxış edən professor və müəllimlər akademik Azad Mirzəcanzadənin həyat və elmi yaradıcılığından, Azərbaycanda neft sənayesinin inkişafındakı xidmətlərindən danışıblar.

Sonda monoqrafiya kitab evinin bazasına daxil edilib və oxucuların istifadəsinə verilib.