Adına torpağı olanlara ŞAD XƏBƏR: İcazə verildi

0
11

Azərbaycan Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti və infrastruktur qurulması ilə bağlı yeni dəyişikliklər qüvvəyə minir. Torpaq Məcəlləsindəki dəyişikliklərə əsasən, 5 hektar və daha böyük əkin sahəsinə malik şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün nəzərdə tutulan tikililəri inşa edə biləcəklər. Yeni qaydalar 2025-ci il yanvarın 1-dən etibarən tətbiq olunacaq.

Bunu KTN-nin şöbə müdiri Firudin Tağıyev deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, 5 hektardan böyük olan kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız əkin sahələri üçün infrastruktur qurulmasına icazə veriləcək. Lakin, bu sahələrə otlaqlar və örüş sahələri daxil edilməyəcək. Yalnız əkin sahələrinin ümumi ərazisi 5 hektar və daha böyük olan ərazilərdə kənd təsərrüfatı infrastrukturunun qurulmasına imkan yaradılacaq.

“Yeni qaydalara görə, istixana, suvarma sistemləri, anbarlar, soyuducu və saxlayıcı anbarlar, həmçinin texnika qarajları kimi infrastruktur obyektlərinin inşasına icazə veriləcək. Bu tip tikililər yalnız əkin sahələrinin 1%-lik hissəsində qurula bilər. 5 hektardan çox sahəsi olan şəxslər əkin sahələrində istənilən suvarma qurğularını qura bilərlər.

Bu yeni qaydalar kənd təsərrüfatı sahəsində infrastrukturun inkişafını təşviq edəcək və əkin sahələrinin daha səmərəli istifadəsinə şərait yaradacaq”.